Narkomaniya ilə mübarizədə medianın rolu vacibdir - Dövlət Komissiyası

img

“Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir. Məhz media vasitəsilə kütlələr narkotik vasitələrin yaratdığı faciələr barədə məlumatlanır”.

 

Rezonans.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” panel sessiyasında deyib.

 

O qeyd edib ki, narkotik vasitələrlə mübarizəyə dair hazırlanan materiallar ötən il mediada 29 min dəfə yayımlanıb: “191 maarifləndirici proqram nümayiş olunub və həmin proqramlara ekspertlər cəlb edilib. Vətəndaşların müraciəti üçün Dövlət Komissiyasının 802 qaynar xətti həftinin 6 günü fəaliyyət göstərir. Qaynar xətt vasitəsilə könüllü şəkildə müalicə almaq istəyən şəxslər, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müraciətlər daxil olur. Bu müraciətlər tam şəkildə anonimdir. Ötən il qanunsuz dövriyyə ilə bağlı 213 müraciət daxil olub. Bu müraciətlər nəticəsində 189 fakt üzrə cinayət işi başlanılıb. Eyni zamanda, müalicə almaq istəyən 405 nəfər narkoloji mərkəzlərə yönləndilirib”.

Xəbəri paylaş: