Şəkidə dəhşət: İki nəfəri öldürüb özünü GÜLLƏLƏDİ

img

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

 

Bu barədə Rezonans.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: