Bərdədə üç otaqlı ev YANDI

img

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

 

Bu barədə Rezonans.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: