Qəbələdə şəhid Elşən Dəmirlinin ailəsi ziyarət edilib

img

Qəbələ rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Dəmirli Elşən Gündüz oğlunun ailəsi ziyarət edilib.

Rezonans.az xəbər verir ki, ziyarətçilər tərəfindən onları narahat edən məsələlər öyrənilmiş, həlli nəzarətə götürülmüş, mənəvi-psixoloji söhbətlər aparılmışdır.

 Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.  

Xəbəri paylaş: