Hava limanı yolunda sürət həddi bərpa edildi

img

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***

23:27

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Rezonans.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

 

Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Xəbəri paylaş: