Putinin Türkiyə səfəri Kremlin prioritetlərindən biridir - Prezidentin köməkçisi

img

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Prezident Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələlik razılaşdırılmayıb, lakin mümkün variantlar yaxın vaxtlarda müzakirə olunacaq.

Rezonans.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Uşaqkovun açıqlamasında deyilir:

“Gündəmdə Türkiyəyə səfər var. Hazırlıq görülür, lakin konkret tarixlər hələ razılaşdırılmayıb”.


Prezidentin köməkçisi əlavə edib ki, Putinin Türkiyə səfəri Kremlin xarici siyasət prioritetlərindən biridir.


Y.Uşakov qeyd edib ki, yaxın vaxtlarda Türkiyə Prezidenti Ərdoğanın dəvətinin həyata keçirilməsinin mümkün vaxtı müzakirə olunacaq.

Xəbəri paylaş: