Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları ARTIB

img

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları aprel ayında 36 milyon dollar artaraq 4,8 milyard dollar təşkil edib.

 

Rezonans.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, tədricən artmaqda davam edir.

 

Eyni zamanda, ehtiyatların 11%-ni (529,4 milyon dollar) monetar qızıl təşkil edir.

 

Milli Bank monetar qızılı mart ayında alıb və ay ərzində bahalaşıb.

Xəbəri paylaş: