Evlərdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı

img

Bir neçə evdən böyük məbləğdə valyuta və qızıl oğurlanıb.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kəndində və Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 1400 avro, 800 ABŞ dolları və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: