Bu gün İrəvanda Paşinyana qarşı mitinq keçiriləcək

img

Erməni Apostol Kilsəsinin rəhbərlik etdiyi etiraz yürüşü bu gün İrəvandakı Respublika meydanında ümumxalq mitinqinə çevrilməlidi.

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinin məlumatında bildirilib.

Qeyd edək ki, yürüş mayın 4-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindən başlayıb. Etirazçılar Qazaxın işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması, sərhədlərin delimitasiyası ilə razılaşmayanlardı.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin hakimiyyətə qarşı etiraz hərəkatına rəhbərlik etməklə eks-prezident Robert Köçəryanı hakimiyyətə qaytarmaq istəyir.

Xəbəri paylaş: