ABŞ yenidən Ukraynaya silah-sursat göndərəcək

img

ABŞ yaxın bir neçə həftə ərzində Ukraynaya silah və hərbi texnikanın yeni partiyalarını göndərəcək.

Rezonans.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə təsdiq edib.

 "Sizi əmin edə bilərəm ki, növbəti bir neçə həftə ərzində əlavə elanlar veriləcək", - deyə o, Vaşinqtonun Kiyevə davamlı silah tədarükünü nə vaxt gözləmək barədə suala cavabında deyib.

Xəbəri paylaş: