İtkin düşən azyaşlı 3 gün sonra tapıldı

img

Gəncədə üç gündür itkin düşən qız tapılıb.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 8 yaşlı Sevinc Samir qızı Bayramlı tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Sevinc Bayramlı mayın 7-si Gəncə şəhərində yerləşən alış-veriş mərkəzlərinin birində itkin düşüb.

Xəbəri paylaş: