Oğuzda əl qumbaraları və sursat aşkarlandı

img

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən  3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: