Mingəçevirdə 2 nəfər kütləvi dava zamanı bıçaqlandı

img

Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub, iki nəfər bıçaqlanıb.

Rezonans.az-ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili  xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.

Hadisənin səbəbləri hələlik tam məlum deyil. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: