
Rusiyanın paytaxtı Moskva şəhərinin “Maksima Stables” atçılıq mərkəzində təşkil olunan dresaj növü üzrə beynəlxalq “Qələbə Kubokunun Finalı” yarışında Azərbaycan idmançısı Aydın Əlibəyov yüksək nəticələr əldə edib.
Dövlət Sərhəd Xidmətindən Rezonans.az-a verilən məlumata görə, 4 gün davam edən yarışlarda 3 atla iştirak edən həmyerlimiz cavan atlar (5 – 7 yaş) arasında keçirilən turda 4 qızıl medal qazanıb.
O, “Intermediate 1 Freestyle” proqramında isə 5-ci yerə layiq görülüb.
Turnirdə müxtəlif bölgələrdən ən güclü atlar iştirak ediblər.