Xəbər verdiyimiz kimi, mayın 11-də "Avroviziya-2024" mahnı müsabiqəsinin finalı keçirilib.
Rezonans.az-ın məlumatına görə, Azərbaycan münsif səsverməsində 12 xalı İsveçrəyə verib.
Müsabiqənin azərbaycanlı münsiflər heyətinə Emil Quliyev, Vaqif Gərayzadə, Aynişan Quliyeva, Könül Arif Şükürova, Nigar Camal olublar.
Digər sıralama isə belədir:
- 10 xal - İrlandiya
- 8 xal - Lüksenburq
- 7 xal - Gürcüstan
- 6 xal - İtaliya
- 5 xal - İsveç
- 4 xal - Xorvatiya
- 3 xal - Sloveniya
- 2 xal - Kipr
- 1 xal - Ukrayna










