İndoneziya sahillərində güclü zəlzələ oldu

img

İndoneziya sahillərində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.

Rezonans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 127 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

Xəbəri paylaş: