Ondan kömək istəyən ağsaqqalı talayan şəxs saxlanıldı

img

Lənkəran rayon sakini olan ahıl yaşlı bir kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb. O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Amma zərərçəkən terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə öz “köməyini” ondan əsirgəməyib.

DİN-dən Rezonans.az-a bildirilib ki, o 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb. 

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Xəbəri paylaş: