Naxçıvanda fərdi yaşayış evlərini su basıb

img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində müxtəlif ünvanlarda fərdi yaşayış evləri, qeyri-yaşayış obyektləri və digər ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Rezonans.az xəbər verir ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xəbəri paylaş: