Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən növbəti qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılıb.
Rezonans.az xəbər verir ki, qəbulda müraciət edənlər müharibə veteranları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər kateqoriyadan olan vətəndaşlar olublar.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, torpaq və sair məişət məsələləri haqqında olub.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilib.