Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak EDƏCƏKLƏR

img

İspaniyanın Malaqa şəhərində 18-19 mayda gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. 

Rezonans.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək. Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 20-22 mayda Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

-60 kq. 

Əli Hacıyev
Murad Muradlı 

-66 kq.

Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev 

-73 kq. 

Aydın Rzayev
Əbil Yusubov 

-81 kq. 

Süleyman Şükürov
Əli Hacızadə 

-90 kq. 

Davud Namazlı
Tuncay Şamil 

-100 kq. 

Əjdər Bağırov 

+100 kq.
Kənan Nəsibov
İlkin Baxşəliyev

Xəbəri paylaş: