Rusiyada koronavirusun yeni ştamı yayıldı

Rusiyada koronavirusun yeni ştamı yayıldı

Rusiyada koronavirusun FLiRT adlı yeni variantına kütləvi yoluxma halları müəyyən edilib. 

Rezonans.az xəbər verir ki, bu barədə Rospotrebnadzor xəbərdarlıq edib. 

Qeyd olunub ki, COVID-19-un bu variantı böyük təhlükə yaratmır: "FLiRT-in simptomları "omicron" ştamının simptomlarına bənzəyir: təsirlənənlər qızdırma, öskürək, zəiflik, dad və ya qoxu itkisi, boğazda, əzələlərdə və ya başda ağrı hiss edirlər".

Yeni koronavirus variantı əvvəlkilərdən daha yoluxucudur: "Bütün monitorinq dövründə 178 yeni FLiRT variantı müəyyən edilib".

Mayın 21-nə olan məlumata görə, Rusiyada koronavirusa yoluxma halları son bir həftə ərzində 14,7 faiz artıb. Ölkə üzrə xəstəxanaya yerləşdirilənlərin sayında da 34,6 faiz artım var. 

Xəbəri paylaş: