Respublika Klinik Xəstəxanasının həkimləri 15 yaşlı pasiyenti belə müalicə etdilər

img

2009-cu il təvvəllüdlü pasiyent Hüseynov Kənan 2 yaşından etibarən hemofiliya A xəstəliyi səbəbilə dispanser qeydiyyatına alınaraq Respublika Klinik Xəstəxanasında müalicəsinə başlanılıb.


Rezonans.az xəbər verir ki, 2014-cü ilə qədər vııı faktor konsentratları ilə müalicə olunan pasiyentdə 2014-cü ildə hemofiliya A ingibitor aşkar olunduğuna görə FEYBA preparatı ilə müalicəsi davam etdirilib.


Hal-hazırda diz oynaqlarında hemofilik artropatiya vardır.


Pasiyentin özünün və anasının razılığı ilə müasir müalicə üsulu olaraq qeyri faktor Emicizumab preparatı ilə  profilaktik müalicə kursuna başlanılıb. 


Bu preparatla müalicənin üstünlüyü ondandır ki, bu preparat digər dərmanlardan fərqli olaraq hər gün iki dəfə olmaqla vena daxilinə deyil, ayda bir dəfə dəri altına pasiyentin özü tərəfindən inyeksiya edilir.


Müalicənin nəticəsindən və tibbi xidmətdən razı qalan valideyn və pasiyent Kənan Hüseynov xəstəxana rəhbərliyinə, Hematologiya  şöbəsinin müdiri həkim-hemotoloq Mina Adıgözəlovaya və müalicə həkimi Vüqar Şirzadova öz təşəkkürlərini bildirirlər.


Məlumat üçün qeyd edək ki, hemofiliya A xəstəliyinin müalicəsində istifadə olunan preparatlar dövlət büdcəsindən  hemofiliya xəstəliyi üzrə Dövlət Proqramı çərçivəsində təmin olunur.

Xəbəri paylaş: