İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail qüvvələri qaçqın düşərgəsinə hücum edib.
Rezonans.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Basqın nəticəsində 7 fələstinli öldürülüb, bir neçə nəfər yaralanıb.
Təl-Əvivin məlumatına görə, hərbi əməliyyatın məqsədi terrorçuları məhv etmək olub. Fələstin tərəfi bildirir ki, ölənlər arasında müəllim və həkim də var.