Banbaşı kəndinin qazla təmin ediləcək genişlənən hissəsi - VİDEO

img

Masallı rayonunun Banbaşı kəndindəki yeni yaşayış massivinin sakinləri qış fəslindən öncə mavi yanacağın gəlişini qarşılayacaqlar.

Bunu deməyə əsas verən səbəb adıçəkilən ərazidə SOCAR-ın “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdırma işlərinin həyata keçirilməsidir. 

Rezonans.az xəbər verir ki, görülən işlər çərçivəsində 980 metr uzunluğunda yerüstü qaz xətləri çəkiləcək. Bununla da 6 evin qaz təminatı daha da yaxşılaşdırılacaq və 5 evin mavi yanacaqla təchizatı təmin ediləcək.

Xəbəri paylaş: