Əfv Komissiyası 700-dən çox müraciətə baxdı

img

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Rezonans.az xəbər verir ki, toplantıda Komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.

Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb.

Xəbəri paylaş: