Qubada dələduzluqda ittiham edilən şəxs saxlanıldı

img

Qubada dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında rayon sakini Xəlil Əhmədovu saxlayıblar.

O, K.Salahovanın 1000 (min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəlidir.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: