İrəvandakı aksiyada KTMT-nin keçmiş baş katibinin oğlu SAXLANILDI

img

Ermənistanda səhər saatlarından etibarən arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Rezonans.az Ermənistan KİV-ə istinadən xəbər verir ki,  polisin xüsusi təyinatlı dəstələri olan "Qırmızı Berelilər" itaətsizlik aksiyasının iştirakçılarını saxlamağa başlayıblar.

Bildirilir ki, saxlanılanlar arasında KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var. 

Bununla yanaşı, aksiya iştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

Xəbəri paylaş: