Füzulidə dördotaqlı ev yandı

Füzulidə dördotaqlı ev yandı

Füzulidə ev yanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: