Azərbaycanın sabiq müdafiə naziri vəfat etdi

img

Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Rezonans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Dadaş Qərib oğlu Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olub. 20 fevral 1993 – 17 iyun 1993-cü il tarixlərində müdafiə naziri postunu tutub. General-mayor rütbəli D.Rzayev Azərbaycan Respublikası Veteranlar Şurasının sədri idi. Uzun zaman idi ki, xəstəliyi ilə əlaqədar aktiv fəaliyyət göstərmirdi.

Xəbəri paylaş: