Mustafa Abbasbəyli işdən azad edildi, yeni vəzifəyə təyin olundu

img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

Rezonans.az Bakupost.az-a istinadən xəbər verir ki, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək.

Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, M. Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.

Xəbəri paylaş: