Kalın Nulandla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

img

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nulandla görüşüb.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, görüşdə Suriya, Azərbaycan, Ermənistan və İsrailə dair regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib, enerji təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq, ikitərəfli siyasi və iqtisadi əlaqələr müzakirə edilib, qiymətləndirmələr aparılıb.

Xəbəri paylaş: