Türkiyədə FETÖ-yə qarşı əməliyyat : Saxlanılanlar var

img

Türkiyə Daxili İşlər Nazirliyinin təşkil etdiyi FETÖ əməliyyatlarında çox sayda şübhəli müəyyən edilib.

Rezonans.az xəbər verir ki, FETÖ-yə qarşı son 4 gündə 17 vilayətdə keçirilən "Kıskaç-18" əməliyyatlarında şübhəli bilinən şəxslər saxlanılıb.

Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyasında Kəşfiyyat Müdirliyi, KOM Müdirliyi və TEM Şöbəsi, İl Təhlükəsizlik Müdirliyi TEM və KOM Şöbə Müdirlikləri tərəfindən aparılan araşdırmalar nəticəsində Ankara, Antalya, Aydın, Balıkəsir, Bursa, Bitlis, Dənizli, Ədirnə, Qaziantep, Giresun, İstanbul, İzmir, Kayseri, Kütahya, Malatya, Şanlıurfa və Tekirdağ kimi şəhərlərdə FETÖ-yə qarşı "Kıskaç-18" əməliyyatlarında şübhəli bilinənlər müəyyən edilərək ümumuilikdə 90 nəfər FETÖ üzvü saxlanılıb.

Xəbəri paylaş: