Sürücülər bu yollarda diqqətli olsunlar

img

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar hərəkətin yenidən təşkili ilə bağlı hərəkət iştirakçılarına (sürücülərə) məlumat verib. 

Rezonans.az agentliyin məlumatını təqdim edir:

1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə (Giləzi-Sitalçay ərazisində Bakı istiqamətində) quraşdırılan elektron tərəzi sisteminin son tamamlanma işləri ilə əlaqədar 10 (on) gün müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilmişdir. 

2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (Qaradağ ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilmişdir. 

Xəbəri paylaş: