Ermənistan yenə KTMT-nin iclasında iştirak etmir

Ermənistan yenə KTMT-nin iclasında iştirak etmir

Ermənistan bu gün Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir.

Rezonans.az xəbər verir ki, bu barədə təşkilatın katibliyinin nümayəndəsi Yuri Şuvalov bildirib.

"Ermənistan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir, lakin erməni tərəfi bizə məlumat verib ki, məhdud tərkibdə qərarların qəbulunun əleyhinə deyil", - o qeyd edib. 

Katibliyin dərc etdiyi fotolarda Ermənistanın heç bir nümayəndəsi yoxdur.

Xəbəri paylaş: