Bakıda 18 min nəfərə 1 ambulans düşür

img

Bakıda 18 min nəfərə 1 ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir: "Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Paytaxtda qeyri-rəsmi  yaşayanları da əlavə etsə,  vəziyyəti təsəvvür etmək çətin deyil. Xatırladım ki, əhalisi 1.2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır”

Xəbəri paylaş: