Zelenski NATO ölkəsi ilə unikal müqavilə imzaladı

img

Ukrayna prezidenti Volodimir Zelenski və İslandiyanın baş naziri Byarni Benediktsson təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıblar. 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, sənəd bu gün Stokholmda (İsveç) imzalanıb. 

"Müqavilənin unikallığı ondan ibarətdir ki, İslandiya NATO müttəfiqlərindən Ukraynaya hərbi yük və texnika daşımağa davam edəcək. Bundan əlavə, İslandiya Ukrayna Silahlı Qüvvələrində ukraynalı qadınların dəstəklənməsinə və təchiz olunmasına xüsusi diqqət yetirəcək Sazişin bölmələri Ukrayna sülh formuluna dəstək, Rusiya Federasiyasına qarşı sanksiyalar, itkilərin ödənilməsi və təcavüzkarın məsuliyyətə cəlb edilməsinə aiddir ", - məlumatda deyilir. 

Qeyd olunur ki, İslandiya Ukraynaya hərtərəfli və uzunmüddətli iqtisadi, humanitar və müdafiə dəstəyi göstərməyi, həmçinin onun Aİ və NATO-ya gələcək üzvlüyünü təşviq etməyi öhdəsinə götürüb.

2024-2028-ci illər ərzində İslandiya Ukraynaya hər il ən azı 4 milyard İSK (təxminən 30 milyon dollar) ayıracaq. Ukraynaya dəstək razılaşmanın bütün müddəti ərzində davam edəcək. 

Xəbəri paylaş: