Taksi sürücülərinin imtahanı necə olacaq? - AÇIQLAMA

img

Son vaxtlar taksi mövzusu ölkədə ən çox istismar olunan mövzulardan birinə çevrilib. Elə dünən xəbəri çıxan da...Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklərin yoxlanılmasından da getmir".

Rezonans.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov taksi sürücülərinin hazırlıq səviyyəsinin Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndiriləcəyi ilə bağlı məsələ yə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Avtomobil nəqliyyatı haqqında" qanunda hələ 2015-ci ildən belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər:

"Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni, öyrəndiklərinin yoxlanılması keçirilməlidir. Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir. Bu, sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklərdir"

Ekspert qeyd edib ki, xüsusi hazırlığı AYNA təşkil etməlidir: "14 iyul 2023-cü ildə edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək. İndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünya görüşü olan hər kəs asanlıqla məniməsəyə bilər. Yəni, xüsusi ajiotajlıq bir şey yoxdur və gözlənilmir".

Xəbəri paylaş: