Naxçıvanda 14 mindən çox çətənə kolu məhv edildi

img

Ordubad, Culfa Rayon Polis Şöbəsinin və Şərur Rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: