Ağsu sakini qonşusunu güllələdi

img

Mayın 31-də saat 19 radələrində Ağsu rayonunda 1981-ci il təvəllüdlü Osmanov Sahib Sərxan oğlunun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, hadisə iştirakçıları qonşudur.

Xəbəri paylaş: