![img](/uploads/posts/2024-06/medium/1714582059_intihar-asmaq.jpg)
Tovuzda həyat yoldaşı ilə mübahisə edən kişi intihar edib.
Rezonans.az-ın məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb. Rayonun Ağdam kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Musayev içkili halda həyat yoldaşını atasıgilə gərərək orada onunla mübahisə edib. Bundan sonra R.Musayev özünü asaraq intihar edib.
Rauf Musayev Tovuz döyüşlərinin qazisidir.
Faktla bağlı araşdırma aparılır.