Xocalıda 32 ildən sonra ilk toy olacaq

img

Xocalıda 32 ildən sonra ilk toya hazırlıq işləri gedir. 

Rezonans.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. 

Maraqlıdır ki, toy 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törədən erməni barbarları tərəfindən dağıdılmış evin xarabalıqları üzərində baş tutacaq. 

Qeyd edək ki, bu, 1992-ci il yanvarın 18-də Xocalıda keçirilən toydan sonra ilk toy olacaq. 

Xəbəri paylaş: