Türkiyədə əkin sahəsində başlayan yanğın meşəyə keçdi

img

Türkiyənin Manisa vilayətinin Alaşehir rayonunda əkinçilik sahəsində başlayan yanğın meşə sahəsinə keçib. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Yanğın səbəbindən Uşak-İzmir qatarının hərəkəti də ehtiyat tədbiri olaraq dayandırılıb.

Manisa valisi Enver Ünlünün başçılığı ilə koordinasiya toplantısı keçirilib. Müşavirədən sonra yanğınla mübarizəyə yeddisi havadan olmaqla 71 söndürmə qrupu cəlb olunub.

Xəbəri paylaş: