Şəkidə partlayış olub, xəsarət alanlar var

img

Evdə partlayış olub, iki nəfər xəsarət alıb .

Rezonans.az xəbər verir ki, hadisə Şəki  rayonunun Baş Göynük kəndində  baş verib. Yaşayış evində baş verən partlayış zamanı iki nəfər  1946-cü il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı 2 -ci dərəcəli termiki yanıq diaqnozu ilə Şəki  rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 Faktla baglı araşdırma aparılır.

Xəbəri paylaş: