Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

img

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

Rezonans.az xəbər verir ki,, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanası yerləsdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: