Bakının mərkəzində avtomobil aşdı

img

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol qəzası baş verib.

Rezonans.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, minik avtomobili “Dədə Qorqud” parkı istiqamətində qəzaya uğrayaraq aşıb.

Qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Xəbəri paylaş: