Azərbaycanın keçmiş DTK sədri vəfat etdi

img

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri (1989–1991), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1980–1983) Vaqif Əliövsət oğlu Hüseynov dünyasını dəyişib. 

Rezonans.az Rusiya mediasına istinadən xəbər verir ki, o, 82 yaşında Rusiyada dünyasını dəyişib.

Qeyd edək ki, 1942-ci ildə Qubada anadan olan Vaqif Hüseynov 1993-cü ildən Moskvada yaşayır.

Xəbəri paylaş: