Türk dünyasından danışırıqsa, bunu ölkələrimizin liderlərinə borcluyuq - Nadir Adilov

img

"Biz əgər bu gün burada türkçülükdən və Türk dünyasından danışırıqsa, bunu ölkələrimizin liderlərinə borcluyuq və buna görə onlara bir təşəkkür və vəfa borcumuz var.


Rezonans.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Ankarada keçirilən Türkiyə mediatorları və mediasiya mərkəzləri platformasında Azərbaycanın mediasiya təcrübəsini bölüşərkən deyib.


Bildiyiniz kimi, biz dəyərli Türkiyə Cümhuriyyəti mediatorlarının da dəstəyi ilə Türk Dünyası Mediatorlar Birliyini təsis etdik. Çox böyük sevgi, sayğı və coşqu ilə Birliyimizə dəyərli kardeşimiz Yakup Erikeli sədr, Ankaranı da paytaxt seçdik. Mən də bu Birliyin sədr müavini vəzifəsini şərəflə daşıyıram."


"Hörmətli Prezidentimiz İlham Əliyevin sonuncu prezident seçimlərində qalib olarkən prezident kimi andiçmə mərasimində belə demişdir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasət bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.


Ona görə də prezidentimiz demiş, bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır, gəlin bu dünyanı bərabər yaşadaq." - deyə Nadir Adilov çıxışını tamamlayıb.

Xəbəri paylaş: