Oğuzda qoyun otarmağa gedən çoban meşədə ölü tapıldı

img

Qoyun otarmağa gedən kişi meşədə ölü tapılıb.

Rezonans.az xəbər verir ki, hadisə ötən gün Oğuz  rayonunun Sincan kəndi ərazisində baş verib. 

Belə ki, həmin  kənd sakini 1973-cü il təvəllüdlü Anar Məmmədyarov səhər saatlarında qoyunları otarmaq məqsədilə,  kənd ərazisindəki  meşəlik əraziyə gedib. Kənd sakinləri  axşam saatlarında qoyunların kəndə çobansız qayıtdığını görüb  A. Məmmədyarovu axtarmağa başlayıblar və nəticədə 51 yaşlı kişini ölmüş  vəziyyətdə  aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: