Qəza zamanı zədələnmiş piyada keçidinin təmirinə başlanılır

img

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46.9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində 6 iyun saat 10:00-dan 7 iyun saat 11:00-dək təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Rezonans.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəri yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbəri paylaş: