Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü

img

Voskepar kilsəsi yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi yaralanıb. 

Rezonans.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Voskepar kilsəsi yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi əsgər yaralanıb. O, piyada əleyhinə mina partlaması nəticəsində yaralanıb. Sərhədçinin ayağı amputasiya edilib", - məlumatda deyilir. 

Qeyd edək ki, Voskepar kəndi Qazaxla sərhəddə delimitasiya və demarkasiya işləri nəticəsində erməni tərəfində qalan kənddir. 

Xəbəri paylaş: